Rövşən Quliyev

Operator İkinci operator Dron operatoru

Doğum tarixi:

11 noyabr 1959


Rövşən Cavanşir oğlu Quliyev (Rövşən Cavanşiroğlu / Rövşən Cavanşir) Bakıda anadan olub.

Bakı şəhəri 12 saylı texniki peşə məktəbində kinomexanik ixtisasında (1976-1977), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsində (1985-1990) təhsil alıb.

1977-ci ildən “Azərbaycanfilm” kinostudiyasında təyinatla kamera texniki vəzifəsində çalışmağa başlayıb. Daha sonra isə fəaliyyətini kinooperator assistenti olaraq davam etdirib. Bir müddət Lider televiziyasının əməkdaşı olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib (2011-2017).

V Qızıl Çıraq Milli Kinematoqrafiya müsabiqəsində “Keçid” filminə görə “Ən yaxşı təsvir rejissoru” nominasiyasının (2006), III Beynəlxalq “Steps to freedom” kinofestivalında “Koramal” filminə görə “Ən yaxşı təsvir rejissoru” nominasiyası üzrə (2009, Ukrayna) qalib olub.

Əməkdar incəsənət xadimidir (2011).


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu