Rövşən Nicat

Rejissor Ssenari müəllifi Musiqi tərtibatçısı Bəstəkar Yaradıcı heyətin üzvü Filmi səsləndirən

Rövşən Nicat (Rövşən Əliyev Aslan oğlu) İmişlinin Xoşçobanlı kəndində anadan olub.

Bakı Mədəni Maarif Məktəbində (1990) və Aleksandr Mittanın Kino Məktəbində (2009) təhsil alıb.

Azərbaycan televiziyasında rejissor (1992-2014), İnterAz TV-də rejissor (2007-2008), Lider televiziyasında layihə rəhbəri (2011-2013), Premier Prodakşnda bədii rəhbər (2013-2015), Aran Film Prodakşnda baş direktor (2015) olaraq çalışıb.

Motiv Film Məktəbinin təsisçisi və müəllimidir (2016).

Birinci Qarabağ müharibəsində iştirak edib və döyüşləri lentə alıb.

Vətənpərvərlik mövzusunda musiqilər bəstələyib.

Hazırda Azərbaycan televiziyasının əməkdaşıdır.


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu