Rövşən İsax
Doğum tarixi:
14 avqust 1970
Rövşən İsax (Rövşən Məmmədov İsax oğlu) Gəncədə anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram teatrı və kino aktyoru fakültəsində təhsil alıb (1988-1992).
Dövlət Gənclər Teatrında (1993-1994), Dövlət Pantomim Teatrında (1994-1995) aktyor kimi çalışıb. ANS TV-də, Azərbaycan televiziyasında “Virtouz” verilişində, Space TV-də rejissor kimi çalışıb. Samanyolu televiziyasının Azərbaycan filialının icraçı direktoru olub (1998-2001).
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub (1993-1998).
Hazırda “Pozitiv media”nın direktorudur.
Onlarla reklam çarxının, bədii filmin və serialın rejissorudur.
“Qızıl Pəri” Peşəkar Kino Mükafatının laureatıdır. “Tərəqqi” medalı ilə təltif olunub (2024).

Filmoqrafiya
-
İmtina Rejissor, Ssenari müəllifi
-
Qurd yağı Rejissor, Ssenari müəllifi