Reyhan Cəfər-İsayeva

Ssenari müəllifi Aktrisa Kastinq meneceri Fotoqraf Rejissor assistenti Koordinator

Doğum tarixi:

18 mart 1983


Reyhan Cəfər-İsayeva (Reyhan İsayeva Rəhman qızı) Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Kinoşünaslıq ixtisası üzrə təhsil alıb (2001-2005, 2005-2007-magistr).

“Mədəniyyət” qəzetində müxbir və fotoqraf, Space TV-də anons departamentinin rəhbəri, Region TV-də aparıcı, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında redaktor (2013-2019) olaraq çalışıb.

Hazırda Bakı Media Mərkəzində kastinq meneceri kimi fəaliyyət göstərir (2022-ci ildən).

Ssenarist, aktrisa, kastinq meneceri Reyhan Cəfər-İsayeva aktyor Rasim Cəfərin həyat yoldaşıdır. 


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Açar (II) Rollarda