Rəşad Mehdiyev

Rəssam

Doğum tarixi:

01 noyabr 1968


Rəşad Rafiq oğlu Mehdiyev Bakıda anadan olub.

Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət İncəsənət İnstitutunda və Memar Sinan İncəsənət Universitetində (1991) təhsil alıb.

Rəsm əsərləri dünyanın bir çox ölkələrində fərdi və yığma sərgilərdə nümayiş etdirilib.

1996-cı ildən Azərbaycan Rəssamlıq Akademiyasında baş müəllim olaraq pedaqoji fəaliyyət göstərir, 2013-cü ildən dosentdir.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru (2008), Əməkdar rəssamdır (2015).