Rauf Süleyman

Rejissor

Doğum tarixi:

22 yanvar 1944

Vəfat tarixi:

16 mart 2026


Rauf Süleyman (Rauf Mirzəyev Həsən oglu) Bakıda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil alıb.

1968-ci ildə Azərbaycan televiziyasında mikrofon operatoru kimi işə başlayıb. Bütün rejissor kateqoriya dərəcələrini keçib və 1997-ci ildə ali dərəcəli rejissor kimi fəaliyyətini davam etdirib. Azərbaycan televiziyasının müxtəlif redaksiyalarında verilişlər hazırlayıb. Bir müddət Kanadada yaşayıb.

Rauf Süleyman 2026-cı ildə Torontoda vəfat edib.

Rejissor Rauf Süleyman rejissor, aktyor Həsənağa Mirzəyevin və aktrisa Ətayə Əliyevanın oğludur.
Rejissor Rauf Süleyman rejissor Ramiz Həsənoğlunun qardaşıdır.