Rauf Nağıyev

Rejissor Ssenari müəllifi Rejissor assistenti

Doğum tarixi:

27 avqust 1940

Vəfat tarixi:

22 oktyabr 2021


Rauf Mehdi oğlu Nağıyev Bakıda anadan olub.

Asəf Zeynallı adına Bakı Xüsusi İxtisaslı Musiqi Məktəbində (1962), Azərbaycan Dövlət Teatr İnstitutunda (1967) təhsil alıb. “Mosfilm” kinostudiyasında kinorejissorluq üzrə təkmilləşmə kursu keçib (1969, Mixail Romm və Əjdər İbrahimovun kursu).

1967-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Əvvəllər bədii filmlər üzrə rejissor assistenti, II rejissor işləyib. 1974-cü ildən sənədli filmlər kinorejissoru kimi fəaliyyət göstərib.

1995-ci ildən Respublika Xüsusi Təmayüllü İncəsənət Gimnaziyasında rejissorluqdan, 1998-ci ildən ADMİU-da kinodramaturgiyadan dərs deyib.

Dövlət Mükafatı Laureatı Rauf Nağıyev 2021-ci ildə vəfat edib.