Rauf Məmmədov (II)

Rejissor Ssenari müəllifi

Doğum tarixi:

26 yanvar 1956


Rauf Firudin oğlu Məmmədov Gəncədə anadan olub.

Gəncə Kənd Təsərrüfatı Akademiyasında (1973-1975), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (VGİK) Rejissorluq ixtisasında (1980-1985) təhsil alıb.

1996-cı ildən etibarən rəssam və fotoqraf kimi də çalışır. Rusiya televiziya kanalları üçün sənədli filmlər çəkir. Rusiyada istehsal olunmuş “Ölmüş gəmilər adası” (1987) və “Pişik ləqəbli Ruan qızı” (1989) filmlərinin rejissorudur.