Rauf Dadaşov

Rejissor Rəssam Multiplikasiya rəssamı Animasiya rəssamı Fazaçı rəssam İkinci rəssam Quraşdırılmış səhnələrin rəssamı Animator

Doğum tarixi:

04 noyabr 1944

Vəfat tarixi:

08 fevral 2020


Rauf Məmmədağa oğlu Dadaşov Bakıda anadan olub.

Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Moskvada rəssam-miltiplikator ixtisası üzrə kursda (1975) təhsil alıb.

1970-ci ildən “Azərbaycanfilm”də, 1990-cı ildən “Azanfilm” studiyasında rejissor-rəssam-animator kimi çalışıb.

“Qarğa balası və özgə yuvası” filminə görə “Ən yaxşı multiplikasiya filmi” nominasiyasında “Qızıl Çıraq” mükafatına layiq görülüb (2006).

Əməkdar mədəniyyət işçisi (2008) Rauf Dadaşov 2020-ci ildə vəfat edib.

Rejissor, rəssam Rauf Dadaşov aktyor Məmmədağa Dadaşovun oğludur.
Rejissor, rəssam Rauf Dadaşov aktrisa Kübra Dadaşovanın qardaşıdır.


Filmoqrafiya