Rasim Həsənov

Prodüser Layihə rəhbəri Ko-prodüser Yaradıcı heyətin üzvü Baş prodüser

Doğum tarixi:

07 yanvar 1956


Rasim Qaroğlan oğlu Həsənov Cəbrayılın Nüzgar kəndində anadan olub.

Orta təhsilini Füzulinin Horadiz kəndində alıb. Leninqrad (Sankt-Peterburq) Kino Mühəndisləri İnstitutunda Kino istehsalının texnologiyası – səsyazma (1982-1987), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda (VGİK) videofilmlərin istehsalı və yayımı (1987) üzrə təhsil alıb.

İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (FOCAL) maliyyə dəstəyi ilə Cənubi Qafqazda keçirilən “Avanti” layihəsində iştirak edib (2002-2005). Bu müddətdə prodüseri olduğu 3 layihə (“Keep smiling”, “Günəşin düşmənləri”, “Çalış nəfəs alma”) Agentlik tərəfindən maliyyə dəstəyi alıb.

1988-ci ildə “Azvideo” Yaradıcılıq Şirkətini təsis edib.

1991-ci ildə “Türk xalqlarının 1-ci “Şərqdən baxış” Beynəlxalq Kinofestivalını təşkil edib.

“Yeni Dalğa” Prodüser Mərkəzinin təsisçisi və baş direktoru olub. “Yeni Dalğa” Prodüser Mərkəzində “Azərbaycanfilm”in istehsalı olan 20 animasiya filminin bərpasını həyata keçirib (2007).

“1000 saniyə astanada…” layihəsi çərçivəsində 100 saniyəlik 10 film istehsal edib (2008).

Bir müddət Rusiyanın Kazan şəhərində yaşayıb. Hazırda Azərbaycanda fəaliyyət göstərir.