Rasim Əfəndiyev

Məsləhətçi

Doğum tarixi:

30 oktyabr 1928

Vəfat tarixi:

13 fevral 2010


Rasim Səməd oğlu Əfəndiyev Qazaxda anadan olub.

Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1944-1950), Repin adına Leninqrad Dövlət Rəssamlıq İnstitutunun İncəsənət nəzəriyyəsi və tarixi fakültəsində (1950-1955) təhsil alıb.

Əmək fəaliyyətinə 1955-ci ildən Azərbaycan Dövlət İncəsənət Muzeyində Azərbaycan və Şərq incəsənəti şöbəsinin müdiri kimi başlayıb. 1965-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda kiçik elmi işçi (1965-1969), baş elmi işçi (1969-1984), şöbə müdiri və direktor müavini (1984-1995), direktoru (1996-2010) vəzifəsində çalışıb.

1961-ci ildə namizədlik, 1972-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib. 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə həqiqi üzvü seçilib. Azərbaycanın maddi mədəniyyəti və xalq sənətinin müxtəlif sahələrinə həsr etdiyi 30-dan artıq kitabı və 200-dən çox məqaləsi var. Dünya muzeylərində və kolleksiyalarında qorunub saxlanan sənət abidələrimizin aşkara çıxarılmasında mühüm xidmətləri olub.

Akademik (2001), Professor, sənətşünaslıq doktoru, "Şöhrət" ordeni (2004) laureatı Rasim Əfəndiyev 2010-cu ildə vəfat edib.