Rasim Babayev

Rəssam Aktyor

Doğum tarixi:

31 dekabr 1927

Vəfat tarixi:

22 aprel 2007


Rasim Hənifə oğlu Babayev Bakıda anadan olub.

Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1945-1949), V.Surikov adına Moskva Rəssamlıq İnstitutunda (1949-1956) təhsil alıb.

Boyakarlıq və dəzgah qrafikası janrlarında işləyib. Kitab tərtibatı və illüstrasiyası sahəsində də çalışıb, uşaq kitablarına rəngli illüstrasiyalar çəkib. Tretyakov qalereyasında (Moskva) və Şərq xalqları incəsənəti muzeyində (Moskva) əsərləri var.

Əməkdar rəssam (1964), Xalq rəssamı (1988), Dövlət Mükafatı laureatı (1991) Rasim Babayev 2007-ci ildə vəfat edib.

Rəssam Rasim Babayev yazıçı Ələviyyə Babayevanın qardaşıdır.