Ramiz Rövşən
Doğum tarixi:
15 dekabr 1946
Ramiz Rövşən (Ramiz Əliyev Məmmədəli oğlu) Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində (1964-1969), Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində (1976-1978) təhsil alıb.
“Mozalan” satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992), Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru (1992-2020) işləyib.
Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Azərbaycan Kinorejissorlar Gildiyasının İdarə Heyətinin, Dünya Poeziya Hərəkatı (WPM) Koordinasiya Şurasının üzvüdür.
Ssenariləri əsasında filmlər çəkilib. Şeir və hekayələri tərcümə edilərək xaricdə çap olunub.
“Türk Dünyası Bilim, Kültür ve Sanat Ödülü”nün (2013), Avrasiya Akademiyasının "Avrasiya əfsanəsi" mükafatının (2019) sahibidir.
Xalq şairidir (2019).