Ramiz Novruz
Doğum tarixi:
25 may 1955
Vəfat tarixi:
21 fevral 2023
Ramiz Qəvvam oğlu Novruz (Ramiz Novruzov) Biləsuvarın Səmədabad qəsəbəsində anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1974-1978, Adil İsgəndərovun kursu).
Təyinatla Sumqayıt Dövlət Teatrına göndərilib (1978-1981). 1981-ci ildə Akademik Milli Dram Teatrının truppasına daxil olub.
Bir neçə pyes yazıb, bunlardan ikisi tamaşaya qoyulub: 20 yanvar hadisələrindən bəhs edən “At ilinin birinci ayı” (1992, Gəncə Teatrı) və “Hələ sevirəm deməmişdilər” (2002, Milli Dram Teatrı). Eduardo de Filipponun “Silindr” əsərini tərcümə edib, rejissor kimi tamaşaya qoyub, həmçinin Attillio rolunu ifa edib.
Azərbaycan televiziyasında “Mən azərbaycanlıyam” verilişinin aparıcısı olub.
Beynəlxalq Teatr Festivallarının mükafatçısıdır.
Xarici film istehsalçılarının “Sui-qəsd” (2004, rejissor Vadim Ostrovski / Rusiya) serialında çeçen komandiri Ramzan Salmanov rolunda çəkilib.
Əməkdar artist (1993), Xalq artisti (1998) Ramiz Novruz 2023-cü ildə vəfat edib.
Aktyor Ramiz Novruz aktyor, müğənni Cavidan Novruzun atasıdır.
Filmoqrafiya
-
Alman klinikasına şəxsi səfər
1988
tammetrajlı bədii film
Rollarda
-
Ailəcanlı
2015-2018
bədii serial
Rollarda