Ramiz Məmmədov
Aktyor
Musiqi ifaçısı
Filmi səsləndirən
Doğum tarixi:
26 sentyabr 1951
Vəfat tarixi:
21 mart 2021
Ramiz Soltanəli oğlu Məmmədov Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.
1975-ci ildə tələbə ikən Musiqili Komediya Teatrına dəvət alıb.
Azərbaycan televiziyasının “Səhər görüşləri”, “Yumoristik novellalar”, “Komediyalar aləminə səyahət” verilişlərində müxtəlif rollar oynayıb.
Əməkdar artist (2001), Xalq artisti (2013) Ramiz Məmmədov 2021-ci ildə vəfat edib, Yasamal qəbiristanlığında dəfn olunub.
