Ramiz Məlikov

Aktyor Filmi səsləndirən Bədii rəhbər Rejissor

Doğum tarixi:

04 avqust 1943

Vəfat tarixi:

14 dekabr 2023


Ramiz Ağarza oğlu Məlikov (Ramiz Məlik) Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1963-1967, Rza Təhmasib, Tofiq Kazımov, Məlik Dadaşovun kursu). Son kursda oxuyanda 1967-ci ilin fevralında bütün qrup ilə 1949-cu ildə bağlanmış İrəvan Dövlət Azərbaycan Dram Teatrının fəaliyyətini bərpa etmək üçün Ermənistana gedib. Teatr 28 aprel 1967-ci ildə Cəfər Cabbarlının “Sevil” dramı ilə pərdələrini açanda o, həmin tamaşada Balaş rolunu oynayıb. 1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluqla yanaşı “Yastı təpə” (Əkrəm Əylisli), “Yad adam” (Leonard Frank), “Xurşidbanu Natəvan” (İlyas Əfəndiyev) tamaşalarının hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb. Dövlət mükafatı (1984), “Sənətkar” medalı, Cəfər Cabbarlı mükafatı (2010), “Şöhrət” ordeni (2019) ilə təltif olunub. Əməkdar artist (1982), Xalq artisti (1998) Ramiz Məlikov 2023-cü ildə vəfat edib, İkinci Fəxri Xiyabadan dəfn olunub.

Aktyor Ramiz Məlikov rejissor Anar Məliklinin atasıdır.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Ad günü Rollarda