Ramiz Həsənoğlu

Rejissor Prodüser Ssenari müəllifi Bədii rəhbər Aktyor

Doğum tarixi:

13 aprel 1946


Ramiz Həsənoğlu (Ramiz Mirzəyev Həsənağa oğlu / Ramiz Drazi / Ramiz İrəvani-Bakuvi / Jorj Mirzəyev) İrəvanda anadan olub. 1948-ci ildə ermənilərin yenidən azğınlaşmasından sonra İrəvan teatrının kollektivi Azərbaycana üz tutub. İki yaşlı Ramiz valideynləri ilə birlikdə əvvəlcə Gəncə şəhərinə, 1956-cı ildə Bakıya gəlib.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-Maarif fakültəsində (1965-1971), Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun Telerejissura ixtisasında (1973-1978) təhsil alıb.

1966-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi işləməyə başlayıb. Azərbaycan televiziyasında “Sabah” eksperimental yaradıcılıq emalatxanasının (1993), “Azərbaycantelefilm”in rəhbəri olub (2019-2020).

200-dən artıq müxtəlif səpkili bədii, sənədli, musiqili proqramların və filmlərin rejissorudur. Eyni zamanda Musiqili Komediya Teatrında və Milli Akademik Dram Teatrında tamaşalara quruluş verib. “Milli televiziyanın inkişafında verdiyi töhfələrə görə” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb (2015).

Əməkdar incəsənət xadimi (1989), Xalq artistidir (2006).

Rejissor Ramiz Həsənoğlu aktrisa Ətayə Əliyevanın və rejissor, aktyor Həsənağa Mirzəyevin oğludur.

Rejissor Ramiz Həsənoğlu rejissor Rauf Süleymanın qardaşıdır.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Abbas Mirzə Şərifzadə. Sonuncu monoloq Prodüser
  • Film Ac həriflər Rejissor, Ssenari müəllifi