Ramiz Babayev

Operator Quraşdırılmış səhnələrin operatoru Operator assistenti

Doğum tarixi:

08 mart 1940

Vəfat tarixi:

11 yanvar 1994


Ramiz Əlirza oğlu Babayev Bakının Əmircan qəsəbəsində anadan olub.

Odessa şəhərində Kinematoqrafiya Məktəbində (1959-1962), Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsinin Elektrik intiqalı və avtomatlaşdırılmış qurğular ixtisasında (1963-1969) təhsil alıb.

1957-ci ildən “Azərbaycanfilm” kinostudiyasında operator köməkçisi vəzifəsində işləməyə başlayıb. Bir çox filmdə quraşdırılmış səhnələrin operatoru olub, aktyor kimi epizodik rollarda çəkilib. 1990-cı ildə Əmircan qəsəbəsindən deputat secilib.

Ramiz Babayev 1994-cü ildə vəfat edib.


Filmoqrafiya