Ramiz Axundov

Rejissor

Doğum tarixi:

25 yanvar 1932

Vəfat tarixi:

26 dekabr 2015


Ramiz Həbib oğlu Axundov Bakıda anadan olub.

Azərbaycan Dövlət Teatr İnstitutunun Aktyorluq fakültəsində təhsil alıb (1960).

1960-cı ildə televiziyada çalışmağa başlayıb. Bir müddət Kukla Teatrının baş rejissoru olub (1964-1965). 1965-ci ildə yenidən televiziyaya qayıdıb və uzun müddət Azərbaycan televiziyasında rejissor işləyib (1965-1993).

Ramiz Axundov 2015-ci ildə vəfat edib.

Rejissor Ramiz Axundov jurnalist Elmira Axundovanın həyat yoldaşı olub.