Rəhman Əlizadə
Ssenari müəllifi
Doğum tarixi:
19 dekabr 1947
Vəfat tarixi:
15 mart 2013
Rəhman Balarza oğlu Əlizadə Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil alıb (1972).
Mərdəkan qəsəbəsindəki Nizami adına mədəniyyət evində bədii rəhbər (1968-1983), Mərdəkan Xalq Teatrının rejissoru (1983-1993), Azərbaycan Dövlət Kukla Teatrında baş rejissor (1993-2006 / 2009-2013), Azərbaycan Gənclər Teatrında baş rejissor (2006-2009) işləyib. Pyesləri tamaşaya qoyulub.
Əməkdar incəsənət xadimi (2000), Prezident mükafatçısı (2002) Rəhman Əlizadə 2013-cü ildə vəfat edib.