Rafiq İbrahimov

Aktyor

Doğum tarixi:

02 noyabr 1955

Vəfat tarixi:

13 sentyabr 2024


Rafiq Əli oğlu İbrahimov Bakıda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram, kino aktyorluğu fakültəsində təhsil alıb (1974-1978).

Orta məktəbdə oxuyarkən Xətai adına Mədəniyyət sarayında Məmmədkamal Kazımovun rəhbərlik etdiyi Xalq Teatrına üzv olub. Bir müddət Tədris Teatrında, Sumqayıt Dövlət Dram Teatrında, Yaradıcılıq Fondunun “Sönməyən ulduzlar” teatrında, Bakı Bələdiyyə Teatrında (1994-2024) fəaliyyət göstərib.

Azərbayan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı fənnini tədris edib.

Dublyaj işi ilə də məşğul olub.

Əməkdar artist (2002) Rafiq İbrahimov 2024-cü ildə vəfat edib. 


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu