Rəfiqə Məsud
Ssenari müəllifi
Redaktor
Doğum tarixi:
19 iyul 1941
Rəfiqə Məsud (Rəfiqə Budaqova Maksud qızı) Bakıda anadan olub.
Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsində, Xarici Dillər İnstitutunun ərəb dili şöbəsində, Jurnalist sənətkarlığı İnstitutunda təhsil alıb.
1963-cü ildən Bakı Kitabxanaçılıq Texnikumunda çalışmağa başlayıb. 1978-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində işləyib. 1997-ci ildən “Telefilm” Yaradıcılıq Birliyində baş redaktor müavini olub. 50-yə yaxın bədii və sənədli filmin müəllifidir. “Azərbaycan qadını” jurnalı, “Azərbaycan gəncləri”, “Bakı” qəzetlərində məqalələrlə çıxış edib.
Əməkdar mədəniyyət işçisidir (2006).