Rafail Qəmbərov
Doğum tarixi:
31 dekabr 1947
Rafail Əli oğlu Qəmbərov (Rafael Qəmbərov / Rafiq Qəmbərov) Çeçenistanın Qroznı şəhərində anadan olub.
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsində təhsil alıb (1966-1971, L.Kosmatovun emalatxanası).
Orta məktəb illərində Bakıda “Pinoerlər və Məktəblilər sarayında” fotoqrafiya dərnəyində məşğul olub. Bir neçə il Rusiyada Samara Kinoxronika Studiyasında (1968-1970), sonralar “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator olub. Azərbaycan Fotoqraflar Birliyinin təsisçisi və ilk rəhbəri olub (1998-2007). “Yurd” jurnalında fotoqraf və şöbə müdiri olub (1991-1993).
Milli Məclisin Mətbuat Xidmətinin baş məsləhətçisi işləyib (1996-2012). Dövlət qulluğunun müşaviri (2006), Dövlət qulluğunun baş müşaviri (2009), “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə (2012) təltif edilib.
Onlarla foto sərgisi nümayiş olunub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib (1987-1991 / 2004). “Foto kompozisiya” (2021, Amin Novruzovla birgə) dərsliyinin həmmüəllifidir.
Əməkdar incəsənət xadimi (1986) və SSRİ Dövlət Mukafatı laureatıdır (1981).