Tofiq Əhmədov adına Estrada-Simfonik Orkestri
Tofiq Əhmədovun Estrada Orkestri
Azərbaycan Dövlət Estrada Simfonik Orkestri
Azərbaycan Dövlət Televiziya və Radiosunun Estrada orkestri
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Estrada Orkestri
Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin Dövlət Estrada Simfonik Orkestri
Azərbaycan Televiziya və Radiosu Estrada Simfonik Orkestri
Tofiq Əhmədov adına Estrada-Simfonik Orkestri 1956-cı ildən Azərbaycan Dövlət Televiziya və Radiosunun tərkibində kiçik tərkibdə estrada ansamblı kimi fəaliyyətə başlayıb. Kollektivin yaradıcısı saksafonçu, Xalq artisti Tofiq Əhmədov olub.
1975-ci ildə ansambla “estrada-simfonik orkestri” statusu verilib və tərkibi genişləndirilıb. SSRİ Xalq artisti Müslüm Maqomayev Moskvanın Ostankino studiyasında ilk dəfə bu orkestrlə çıxış edib.
Bəstəkar Əziz Əkbər Əzizli (1979-1983), pianoçu bəstəkar Rafiq Babayev (1983-1990), bəstəkar Faiq Sücəddinov (1990-1998), pianoçu-bəstəkar Eldar Rzaquluzadə (1998-2002), saksafonçu Akif Süleymanbəyli (2002-2012) orkestrə rəhbərlik edib. 2012-ci ildən orkestrin bədii rəhbəri Vasif Axundov, baş dirijoru Cavad Tağızadədir.