Polad Bülbüloğlu
Doğum tarixi:
04 fevral 1945
Polad Bülbüloğlu (Polad Məmmədov Murtuza oğlu) Bakıda anadan olub.
Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb (1968, Qara Qarayevin sinfi).
Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri (1987-1991), Azərbaycan Respublikasının Mədəniyyət naziri (1991-2006), TÜRKSOY-un baş katibi (1993-2008), Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri (2004-2024) vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Milli Məclisinin I (1995–2000) və VII (2024-....) çağırış deputatıdır.
Dəfələrlə Ümumittifaq televiziya müsabiqələrinin laureatı olub. Mahnı bəstəkarı və öz mahılarının ifaçısı kimi tanınıb. Film, tamaşa musiqilərinin, simfoniya, simfonik poemaların müəllifidir.
Xarici film istehsalçılarınn çəkdikləri “Qoy o bizimlə qalsın” (1974, rejissor İrina Tarkovskaya / Rusiya) filminin bəstəkarı, “Sovet dövrünün parkı” (2006, rejissor Yuli Qusman, kameo rolunda / Rusiya) filminin aktyoru olub.
Əməkdar incəsənət xadimi (1973), Xalq artisti (1982), Dağıstanın Əməkdar incəsənət xadimi (2015), Türkmənistanın Xalq artisti (2017), Özbəkistanın Xalq artisti (2024), Baçqırdıstanın Xalq artistidir (2024). “İstiqlal” (2005), “Şərəf” (2015) ordenləri (2015), Azərbaycanın ən ali ordeni olan “Heydər Əliyev” ordeni (2020) ilə təltif edilib.
Bəstəkar Polad Bülbüloğlu müğənni Bülbülün oğludur.
Filmoqrafiya
-
Abşeron ritmləri
1970
film-tamaşa
Bəstəkar, Musiqi ifaçısı, Bəstəsindən istifadə olunub
-
Abbas Səhhət
2007
sənədli film
Bəstəsindən istifadə olunub