Ötkəm İsgəndərov

Aktyor Filmi səsləndirən İkinci rejissor Rejissor assistenti İnzibatçı

Doğum tarixi:

05 oktyabr 1955


Ötkəm Ağasəf oğlu İsgəndərov Neftçalada anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunda 3 il oxuduqdan sonra (1973-1975) təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Aktyorluq fakültəsində (1975-1979, Y.Matveyevanın kursu) davam etdirib.

1979-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləməyə başlayıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb.

1991-ci ildən pedaqoji fəaliyyətlə məşğul olub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, bir müddət “Aktyor sənəti” fakültəsinin dekanı olub.

Xarici kinematoqrafçıların çəkdikləri “Balamut” (1978, rejissor Vladimir Roqovoy / Rusiya) filmində Maqsud İsgəndərov rolunda, “Naqqal” (1978 / Rusiya) filmində, “Batterflayın qayıdışı” (1982, rejissor Oleq Fialko / Ukrayna) filmində Lyudoviko rolunda, “Səhnədə Lurixdir” (1983, rejissor Valentin Kyuk / Estoniya) filmində Mustafanı müşaiyət edən rolunda, “Arzular” (2005, rejissor Rəhbər Qənbəri / İran) filmində, “İtirilmiş pay” (2007, rejissor Həsən Nəcəfi / İran) filmində, “Yanlış anlama” (2017, rejissor Ulaş Cihan Şimşek / Türkiyə) filmində çəkilib.

Hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında uşaq və yeniyetmələrlə tərbiyəvi iş aparan təşkilatçı-pedaqoq vəzifəsində çalışır.

Əməkdar artistdir (2005).

Aktyor Ötkəm İsgəndərov aktrisa Maya İsgəndərovanın həyat yoldaşı olub.


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu