Osman Sarıvəlli

Redaktor

Doğum tarixi:

17 dekabr 1905

Vəfat tarixi:

03 iyul 1990


Osman Sarıvəlli (Osman Qurbanov Abdulla oğlu) Qazaxın II Şıxlı (Sarıvəlli) kəndində anadan olub.

Qazax Müəllimlər Seminariyasında və Moskva Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1929-1932).

Göyçayın Qaraməryəm və Bığır kənd məktəblərində müəllim (1926-1929), Bakı Pedaqoji Texnikumunda müəllim (1932-1935), Bakı Teatr Texnikumunda müdir (1939-1940), Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, “Ədəbiyyat qəzeti”nin redaktoru, “Uşaqgəncnəşr”də redaktor, Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləyib.

Ədəbi yaradıcılığa 1928-ci ildə başlayıb. Həmin ildə “Gənc işçi” qəzetində “Ayaqsız” adlı ilk şeiri çap olunub. “Dəmir sətirlərim” adlanan birinci kitabı 1934-cü ildə çap olunub. Çoxsaylı kitabların müəllifi, xalq yaradıcılığının, aşıqların əsərlərinin tərtibi və tədqiqi sahəsində də fəaliyyət göstərib. Bədii tərcümə ilə məşğul olub.

Xalq şairi (1977) Osman Sarıvəlli 1990-cı ildə vəfat edib, Qazaxda dəfn olunub.