Oqtay Əlizadə

Rejissor Operator Ssenari müəllifi Aktyor

Doğum tarixi:

04 avqust 1944


Oqtay Mahmud oğlu Əlizadə Bakıda anadan olub. Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun Dram və televiziya rejissorluğu fakültəsində təhsil alıb (1969-1974).

İş fəaliyyətinə “Azərbaycanfilm” kinostudiyasında işıqçı kimi başlayıb, 1963-cü ildən isə kinoxronika üzrə kinooperator kimi davam etdirib (Əlibala Ələkbərovdan dərs alıb). Daha sonra Azərbaycan Televiziyasında operator kimi işləməyə başlayıb. 1974-cü ildən etibarən peşəkar fəaliyyətini rejissor və kinooperator olaraq davam etdirib.

150-dən çox filmə quruluş verib.

1994-cü ildə Qarabağ hadisələri zamanı bir çox çəkilişlərdə iştirak edib.

“Tərəqqi” medalına layiq görülüb (2016).


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Abşeron lövhələri Rejissor