Oqtay Babazadə
Rejissor
Ssenari müəllifi
Operator
Prodüser
Doğum tarixi:
30 oktyabr 1941
Oqtay Ələkbər oğlu Babazadə Bakıda anadan olub.
Azərbaycan Dövlət Universitetində (1968), Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda (1979) təhsil alıb.
1959-cu ildən Dövlət Teleradio Verilişləri Şirkətində çalışır, ali dərəcəli rejissordur. Rejissorluq filmotekasina 150-dən çox bədii, musiqili, sənədli filimlər daxildir. Çəkdiyi filmlər dəfələrlə müxtəlif beynəlxalq festivallarda mükafatlara layiq görülüb.
Bakı Dövlət Universitetində və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.
Əməkdar incəsənət xadimidir (2000).