Ömür Nağıyev
Doğum tarixi:
01 iyun 1953
Vəfat tarixi:
31 dekabr 2013
Ömür Malik oğlu Nağıyev Bakıda anadan olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kino və televiziya rejissorluğu fakültəsində təhsil alıb (1975-1979).
1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında, Sankt-Peterburq Dövlət Teatrında (1980), Bakı Bələdiyyə Teatrında (1995-1997) aktyor, Azərbaycan televiziyasında rejissor kimi çalışıb.
2005-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.
Xarici kinematoqrafçıların istehsalı olan “İkinci Dünya Müharibəsi necə başlanır” (1971, Polşa) filmində Kapitan W rolunda, “Qanq üzərində zühur” (1975, rejissor Latif Fayziyev, Tacikistan, Özbəkistan, Hindistan) filmində Nikxələs rolunda, “Çavus Qadban” (1976, Oman Ərəb Respublikası) filmində çavus Qadban rolunda çəkilib.
Əməkdar artist Ömür Nağıyev 2013-cü ildə vəfat edib, Hövsan qəbiristanlığında dəfn olunub.
Rejissor, aktyor Ömür Nağıyev aktrisa Nəsibə Eldarovanın həyat yoldaşı olub.

Filmoqrafiya
-
Abşeron gizlinləri Rejissor