Oleq Səfərəliyev

Rejissor Ssenari müəllifi

Doğum tarixi:

13 oktyabr 1952


Oleq Mirzağa oğlu Səfərəliyev Qazaxıstanın Cambul vilayətində anadan olub.

Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsində (1973), Ali Partiya Məktəbi nəzdindəki Bakı Komsomol məktəbində (1975), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsində (1988, Sergey Solovyovun kursu) təhsil alıb.

On il Salyanda - 1 saylı orta məktəbdə tarix müəllimi işləyib.

1988-ci ildə "Mosfilm"ə dəvət edilib. Rusiyada daimi yaşamağa başlayıb. Rusiyanın “ORT”, “RTR” və başqa telekanallarında fəaliyyət göstərib (1993-2003). “Yevraziya-film” kino şirkətinin baş prodüseri olub (1995-2005).

1991-ci ildə Azərbaycan Dövlət Rus Dram Teatrında “Ailə içi” tamaşasını səhnəyə qoyub.

Rusiya istehsalı olan “Canlı yayım” (1989, rejissor), “Prezident və onun arvadı” (1996, ssenarist, prodüser), “Qar kraliçası” (2006, rejissor Yelena Rayskaya, icraçı prodüser), “Ka-De-Bo” (2007, rejissor, ssenari müəllifi, prodüser), “Savva Morozov” (2007, rejissor, serial), “Petrovka 38, Semyonovun komandası” (2009, rejissorlardan biri, serial), “Məni tap” (2010, rejissor), “Dəlisov yubiley” (2011, kreativ prodüser), “Növbətçi mələk-2” (2012, rejissor, serial), “Qadınlar və digər problemlər” (2014, rejissor, serial) filmlərinin istehsalında iştirak edib.

Hazırda Azərbaycanda yaşayır. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Kino Məktəbinin rəhbəridir.