Oqtay Kazımi
Doğum tarixi:
27 dekabr 1932
Vəfat tarixi:
09 avqust 2010
Oqtay Məmməd oğlu Kazımi (Oqtay Kazımov) Astarada anadan olub.
Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xor-dirijorluq fakültəsində (Hacı Xanməmmədovun sinfi), Bakı Musiqi Akademiyasında (1958-1962, Cövdət Hacıyevin bəstəkarlıq sinfi) təhsil alıb.
Sumqayıt musiqi texnikumunda müəllim (1966-1967), dərs hissə müdiri kimi fəaliyyət göstərib. Sumqayıtda “Eksperiment” estrada orkestrini təşkil edib. Sonralar filarmoniyada musiqi redaktoru vəzifəsində çalışıb və Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində xalq-çalğı alətləri fakültəsində dərs deyib. Musiqi məktəbində oxuyarkən “Bəxtəvər uşaqlar” adlı ilk mahnısını bəstələyib. Bir çox mahnıları məşhurdur. Operettaların, simfonik əsərlərin müəllifidir. Azərbaycanda ilk rok-operanın müəllifidir.
Əməkdar incəsənət xadimi (1992), Xalq artisti (2006) Oqtay Kazımi 2010-cu ildə vəfat edib.