Nüsrət Kəsəmənli

Ssenari müəllifi Redaktor Aktyor

Doğum tarixi:

29 dekabr 1946

Vəfat tarixi:

15 oktyabr 2003


Nüsrət Yusif oğlu Kəsəmənli (Nüsrət Eyyubov) Ağstafanın Qıraq Kəsəmən kəndində anadan olub.

Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb (1966). Universitetin II kursunda ikən “Bakı” və “Baku” qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilib (1969).

Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olub (1978-1985). Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri (1981-1984), Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI, VII qurultayında İdarə Heyətinin üzvü, poeziya şurasının sədri seçilib.

“Azərbaycanfilm” kinostudiyasında baş redaktor işləyib (1985-ci ildən).

60-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlayıb, bir çox kitabların müəllifidir. 150-dək şeirinə musiqi bəstələnib.

Nüsrət Kəsəmənli 2003-cü ildə Təbrizdə vəfat edib.

Şair, ssenari müəllifi Nüsrət Kəsəmənli aktyor Rəşad Kəsəmənlinin atasıdır.


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu