Nurlan Həsənli
Rejissor
Ssenari müəllifi
İkinci rejissor
Prodüser
Montajçı
Operator
İstehsalat meneceri
Doğum tarixi:
04 may 1991
Nurlan Həsənli Əli Bayramlı şəhərində (indiki Şirvan) anadan olub.
Qafqaz Universitetinin Regionşünaslıq fakültəsində (2008-2013), Türkiyədə Mərmərə Universitetinin Radio televiziya və kino ixtisasında (2013-2016) və Erasmus mübadilə proqramı ilə Macarıstanda Budapeşt Texnologiya və İqtisadiyyat Universitetində təhsil alıb.
Xəzər televiziyasının "Qələm" ssenari qrupunda (2017-2019), Mediamaster şirkətində (2019-2020) ssenarist olaraq çalışıb.
2017-ci ildən Hoqqa Dərgisini təsis edib.
2020-ci ildən “Local Pictures” şirkətində rejissor, prodüser olaraq çalışır.
Layihələri ilə bir çox beynəlxalq festivallarda və vörkşoplarda iştirak edib.
