Nuriyyə Hüseynova
Doğum tarixi:
17 mart 1969
Nuriyyə İsmayıl qızı Hüseynova Ordubadın Dırnız kəndində anadan olub.
1981-ci ildə Naxçıvanda keçirilən uşaq musiqi müsabiqəsinin yeganə qalibi kimi Bakıya gətirilib. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin xanəndəlik şöbəsində (1987), Azərbaycan Dövlət Konservatoriyasında (1987-1992, İslam Rzayevin sinfi) təhsil alıb.
Asəf Zeynallı adına Musiqi Məktəbində (1992-1993), Bakı Humanitar Kollecində (Bakı Mədəni-Maarif Texnikumu, 1994) dərs deyib. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin (1995-ci ildən), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (2000-ci ildən) müəllimidir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının solisti (1995-ci ildən), Azərbaycan MEA-nın Folklor İnstitutunun “Dədə Qorqud” (“İrs”) ansamblının rəhbəridir (2014-cü ildən). “Dünya musiqi xəzinəsinin incisi Muğam” İctimai Birliyinin rəhbəridir.
Əməkdar artistdir (2007). “Tərəqqi” medalına layiq görülüb (2021).