Novruz Qartal

Aktyor

Doğum tarixi:

20 mart 1947

Vəfat tarixi:

08 yanvar 2022


Novruz Qartal (Novruz Əliyev Yaqub oğlu) Qərbi Azərbaycanda anadan olub. 1964-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsində təhsil alıb (1966-1971).

Orta məktəbdə ikən dram dərnəyində çıxış edib. Əmək fəaliyyətinə 1965-ci ildə Texniki Təchizat İdarəsində fəhləlikdən başlayıb. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. İlk rolu Ağası Məşədibəyov və Məhərrəm Əlizadənin “Toy kimindir” tamaşasında Qoşun rolu olub (1968). 1989-cu ildə Bakı Bələdiyyə “Tənqid-Təbliğ” Teatrına dəvət alıb. 1996-cı ildən yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyətini davam etdirib, aktyor truppasının rəhbəri olub (1996-2022).

Əməkdar artist (2013) Novruz Qartal 2022-ci ildə vəfat edib, Gəncədə “İmamzadə” qəbiristanlığında dəfn olunub.