Nizami Rəmzi

Musiqi ifaçısı Aktyor

Doğum tarixi:

20 dekabr 1947

Vəfat tarixi:

19 yanvar 1997


Nizami Rəmzi (Nizami Baxşıyev Rza oğlu) Bakıda anadan olub. Əslən Xızıdandır.

Bakı Ticarət Texnikumunda təhsil alıb (1967).

Meyxana janrı ilə bağlı bir çox yeniliklər edib. 1988-ci ildə “Meyxana” folklor ansamblının təsis edib. İlk dəfə Azərbaycan Dövlət Filarmoniyasında və Respublika Sarayında meyxana janrını geniş auditoriya qarşısında nümayiş etdirib. Meyxananı ilk dəfə televiziya ekranına (“Dalğa” proqramı) və xarici ölkələrə çıxarıb. Meyxana janrında ilk klipi çəkdirib. İlk dəfə qadın müğənnilərlə musiqisinin və sözlərinin özünə aid olduğu duetləri ifa edib. Meyxananın caz ilə sintezini də Dövlət Mahnı Teatrı ansamblının müşayiəti ilə lentə alıb, bununla “caz-meyxana”nın təməlini qoyub. Bəstələdiyi mahnılar muğənnilər tərəfindən ifa olunur.

Nizami Rəmzi 1997-ci ildə yol qəzasında həlak olub.