Nizami Abbas

Operator Rejissor Ssenari müəllifi İkinci operator Operator assistenti Assistent Operator qrupunun üzvü Prodüser Kreativ prodüser Montaj rejissoru

Doğum tarixi:

01 yanvar 1957


Nizami Vəli oğlu Abbas (Nizami Abbasov) Şəmkir rayonunun Bayramlı kəndində anadan olub.

Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsində təhsil alıb (1988).

İlk fəaliyyətinə “Lenfilm”də (1974-1975, Rusiya) operator köməkçisi kimi başlayıb. 1976-cı ildən “Azərbaycanfilm”də, daha sonra “Yaddaş” studiyasında işləyib. 1991-ci ildə könüllü olaraq cəbhəyə gedib və döyüş bölgələrində çəkilişlər aparıb. Bir müddət Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Sənədli Filmlər Kino-Telestudiyası”nın bədii rəhbəri olub (1992-1998). Əvvəlcə operator, daha sonra rejissor kimi fəaliyyət göstərib. 2005-ci ildən etibarən özünün təsis etdiyi “Yurdfilm” studiyasına rəhbərlik edir.

“Balaban” filmi “sənədli filmdə ən yaxşı rejissor işi” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb (2015).

Əməkdar incəsənət xadimidir (2007).

Rejissor, operator Nizami Abbas operator Üzeyir Abbasın atasıdır.