Niyazi Bədəlov
Doğum tarixi:
10 iyul 1909
Vəfat tarixi:
02 noyabr 1997
Niyazi Mustafa oğlu Bədəlov Şəkidə anadan olub.
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb (1931-1936, Sergey Eyzenşteynin sinfi).
1927-ci ildə Şəkidəki “Yeni yol” kinoteatrında kinomexanik köməkçisi kimi əmək fəaliyyətinə başlayıb.
1936-cı ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb.
Bakı Dövlət Teatr Texnikumunda kino texnikası fənnindən dərs deyib (1938-1939).
1941-ci ilin əvvəllərində Sovet İttifaqının müxtəlif respublikalarında istehsal olunan bədii filmləri Azərbaycan dilinə dublyaj edib.
Müharibə illərində cəhbə bölgələrində çəkilişlər edib. Moskvanın “Novosti dnya”, “Po strane sovetov” kinojurnalları üçün yüzlərlə süjet çəkib.
Respublikada həvəskar kino hərəkatının təşkilatçılarından biri olub.
1944-cü ildə özfəaliyyət dram dərnəyi bazasında Salyan Dövlət Dram Teatrını yaradıb və bir müddət həmin teatrın bədii rəhbəri vəzifəsində çalışıb.
Niyazi Bədəlov 1997-ci ildə vəfat edib.