Nicat Dadaşov

Ssenari müəllifi Prodüser

Doğum tarixi:

30 noyabr 1989


Nicat Sahib oğlu Dadaşov Bakıda anadan olub.

Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisasında (2007-2011), Rüstəm İbrahimbəyovun Kino məktəbində Dramaturgiya ixtisasında təhsil alıb.

“Həyatın bir anı” adlı hekəyəsi (2014), “Bizim vaxtımız keçib” romanı (2021) çap edilib.

2015-ci ildən “Mediamaster production”da ssenarist kimi fəaliyyət göstərib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının “Rusiyanın görkəmli azərbaycanlıları” sənədli film ssenari müsabiqəsinin qaliblərindən biridir (2020).

Cineart Group təsisçisi və rəhbəridir.