Nəzakət Məmmədova (II)
Musiqi ifaçısı
Doğum tarixi:
28 fevral 1944
Vəfat tarixi:
21 oktyabr 1980
Nəzakət Məmmədova Gəncədə anadan olub.
Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda (1966), Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.
Bir müddət “Lalə” qızlar ansamblında çalışıb. 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunub və 1971-ci ildə tamaşaçılar qarşısına yeni Leylilərdən biri kimi çıxıb. “Rast”, “Qatar”, “Şahnaz”, “Segah” muğamlarının, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınıb.
Soçidə estetik əməliyyat zamanı həkim-dermatoloqun səhvi – bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olub.
Əməkdar artist (1974) Nəzakət Məmmədova 1980-ci ildə vəfat edib.