Nəcibə Məlikova
Aktrisa
Doğum tarixi:
25 oktyabr 1921
Vəfat tarixi:
27 iyul 1992
Nəcibə Haşımbəy qızı Məlikova Buzovnada anadan olub.
Bakı Teatr Məktəbində təhsil alıb (1940-1943, Fatma Qədrinin sinfi).
Öz istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək Bakıya qayıdıb və yeni təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutunda təhsil alıb (1951). Təhsil aldığı illərdə Milli Dram Teatrının tamaşalarında epizodlar oynayıb, 1952-ci ildən yenə bu teatrda işləyib.
Əməkdar artist (1959), Xalq artisti (1974) Nəcibə Məlikova 1992-ci ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.