Nazir Rüstəmov
Doğum tarixi:
12 aprel 1956
Nazir Mürsəl oğlu Rüstəmov Ağcabədidə anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino rejissorluğu fakültəsində (1976-1980), Moskvada rejissorluq kurslarında (1990-1991) təhsil alıb.
Ağdam Dövlət Dram Teatrında aktyor, rejissor, bədii rəhbər kimi çalışıb (1982-1994). Ukraynada Mariopol Rus Dövlət Dram Teatrında “Koşkin Dom” tamaşasına quruluş verib (2004). Müxtəlif illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Füzuli Dövlət Dram Tetarında, Bakı Bələdiyyə Teatrında, Akademik Milli Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərib. Azərbaycan Döpvlət Dərbənd Dram Teatrının yaradıcılarından biri olub. 120-dən çox tamaşada rol alıb. 2003-cü ildən Şuşa Dövlət Musiqili Dram Teatrında quruluşçu rejissor işləyir.
Əməkdar artistdir (2017).