Nazim Pişiyari

Musiqi ifaçısı

Doğum tarixi:

26 avqust 1968


Nazim Pişiyari Lənkəranda anadan olub.

Bakı şəhəri 26 saylı orta musiqi məktəbinin klassik gitara və ümumi fortepiano şöbəsində təhsil alıb (1985). Azərbaycan Dövlət Konservatoriyasında fərdi qaydada vokal dərsləri alıb (1988-1991).

1990-cı ildən peşəkar səhnədədir. 1995-ci ildə “Kainat” qrupunu təsis edib.