Nazim Məmmədov

Rejissor Rəssam Multiplikasiya rəssamı Fon rəssamı İkinci rəssam Animasiya rəssamı İkinci rejissor Rejissor assistenti

Doğum tarixi:

03 iyul 1934

Vəfat tarixi:

29 oktyabr 2004


Nazim Dadaş oğlu Məmmədov Bakıda anadan olub.

Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində (1957), Moskvada “Soyuzmultfilm”də rəssam-multplikator kurslarında (1961) təhsil alıb.

1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasında rejissor-multiplikator kimi çalışıb. Azərbaycanda animasiya janrının inkişafında xidmətləri olub. Uşaq kitab illüstrasiyası, dəzgah rəssamlığı ilə məşğul olub. 400-dən artıq uşaq kitabına illüstrasiyalar çəkib.

Nazim Məmmədov 2004-cü ildə vəfat edib.