Nazim Hüseynov

Prodüser Direktor İcraçı prodüser Baş prodüser

Doğum tarixi:

08 sentyabr 1966


Nazim Fikrət oğlu Hüseynov Bakıda anadan olub.

Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Neft-mədən fakültəsində (1990), Rusiya Federasiyası Prezidenti yanında  Təsərrüfat və Dövlət Qulluğu Akademiyasının Dövlət və bələdiyyə idarəçiliyi ixtisasında (2018) təhsil alıb.

“215 KL” Müstəqil televiziya şirkətində maliyyə direktoru (1992-1997, 1999-2010), Space Teleradio Şirkətində reklam və kommersiya departamentinin direktoru (1997-1999), “Salnamə” Sənədli Filmlər studiyasının direktor müavini, direktoru (2013-2024), “Azərbaycanfilm” kinostudiyasında direktor vəzifəsini icra edən (2020) və direktor (2022-2024) vəzifələrində çalışıb.

II Bakı Beynəlxalq İdman Filmləri Festivalının, III, IV, V Bakı Beynəlxalq Turizm Filmləri Festivalının icraçı direktoru olub. Bir neçə bədii, 60-dan çox sənədli filmin  prodüseridir.

Əməkdar mədəniyyət işçisidir.