Nazim Bəykişiyev
Doğum tarixi:
29 iyun 1948
Vəfat tarixi:
08 sentyabr 2025
Nazim Zöhrab oğlu Bəykişiyev Bakıda anadan olub.
Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin Rəngkarlıq fakültəsində (1969), Moskva Dövlət Teatr Sənəti İnstitutunun Teatr rəssamı fakültəsində (1970-1975, Sergey Obraztsovun sinfi) təhsil alıb.
Bakı Dövlət Şəkil Qalereyasında, Orcenikidze şəhər Kukla Teatrında və Rus Dram Teatrında quruluşçu rəssam, Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Azərbaycan Dövlət Gənclər Teatrında rəssam, baş rəssam vəzifələrində çalışıb. 2001-ci ildən Akademik Milli Dram Teatrında baş rəssam kimi fəaliyyət göstərib.
Dövlət Mükafatı laureatı (1984), Əməkdar rəssamı (2002), Xalq rəssamı (2006) Nazim Bəykişiyev 2025-ci ildə vəfat edib.