Nəriman Həsənzadə
Doğum tarixi:
18 fevral 1931
Vəfat tarixi:
01 avqust 2026
Nəriman Əliməmməd oğlu Həsənzadə Qazaxın Poylu qəsəbəsində (indiki Ağstafa) anadan olub.
Gəncə Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində (1949-1953), Moskvada Ədəbiyyat kursunda, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda (1957-1961) təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı olub (1962-1965).
Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor (1962), “Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1976-1990), SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru, Dövlət Mətbuat Komitəsinin sədr müavini (1991-1993), Mətbuat və İnformasiya nazirinin birinci müavini (1991-2001), Ədəbiyyat Fondu İdarə Heyətinin sədri (2004) vəzifələrində işləyib. Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub (1990-1995).
Azərbaycan Milli Aviasiya Akademiyasının "Humanitar fənlər kafedrası"nın müdiri vəzifəsində çalışıb.
Çoxsaylı kitabların müəllifidir.
“Şöhrət” (2001), “Şərəf” (2011), “İstiqlal” (2021) və “Heydər Əliyev” (2026) ordenlərinə layiq görülüb.
Filologiya elmləri namizədi (1965), Əməkdar incəsənət xadimi (1981), Xalq şairi (2005) Nəriman Həsənzadə 2026-cı ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.