Nərgiz Bağırzadə
Ssenari müəllifi
Rejissor
İkinci rejissor
Aktrisa
Doğum tarixi:
17 dekabr 1979
Nərgiz Eldar qızı Bağırzadə Bakıda anadan olub.
Qərb Universitetində İqtisadiyyatın idarə edilməsi fakültəsində (1996-2000), Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin Ssenari fakültəsində (2004, Rüstəm İbrahimbəyovun emalatxanası), Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbinin Rejissorluq fakültəsində təhsil alıb.
2004-cü ildən yazıları “Literaturnıy Azerbaydjan” jurnalında dərc olunmağa başlanıb. Pyesləri tamaşaya qoyulub. Azərbaycan Beynəlxalq Bankında (2000), “WeiT Media”da (Rusiya) çalışıb.
Rusiya istehsalı olan “Dəlisov yubiley” (2011, rejissor Sergey Aldonin) filminin ssenari müəllifidir.