Nəcibə Behbudova
Doğum tarixi:
06 yanvar 1914
Vəfat tarixi:
07 dekabr 1999
Nəcibə Məcid qızı Behbudova Tiflisdə anadan olub.
Doqquz yaşında olanda Nəriman Nərimanov adına klubun dram və rəqs dərnəklərinə üzv olub. 1931-ci ildə Bakıya gəlib və Hidrologiya Texnikumuna daxil olub. Dinləyici kimi Bülbülün Konservatoriyadakı sinfinə gedib və vokal ifaçılığının müəyyən peşəkarlıq xüsusiyyətlərinə yiyələnib. Hətta konsertlərdə müğənni kimi çıxış edib. Lakin 1933-cü ildə anası rəhmətə getdiyi üçün Tiflisə qayıdıb. Bir müddətdən sonra Mirzə Fətəli Axundzadə adına Tiflis Azərbaycan Teatrının truppasına daxil olub. Əvvəlcə tamaşalara dəvətli aktrisa kimi çıxış edib. 1937-1939-cu illərdə teatrın aktyor ştatında olub. 1940-cı ildə yenidən Tiflis teatrına dəvət edilib. 1941-1945-ci illərdəki Böyük Vətən müharibəsi dövründə həm teatrda aktrisalıq edib, həm də bir sıra mədəni-maarif müəssisələrində yeniyetmələrin incəsənətə yiyələnmələri sahəsində səmərəli işlər görüb. 1947-ci ildə Bakıya gəlib və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul edilib.
Əməkdar artist (1974) Nəcibə Behbudova 1999-cu ildə vəfat edib, Yasamal qəbiristanlığında dəfn olunub.
Aktrisa Nəcibə Behbudova müğənni Rəşid Behbudovun bacısıdır.
Aktrisa Nəcibə Behudova müğənni Cəfər Behbudovun anasıdır.